Hövzə Xəbər Agentliyinin Tehran ofisinin verdiyi məlumata əsasən, Məsləhət Şurasının sədri Ayətullah Amuli Ləricani iclasın əvvəlində çıxış edərək sionist rejimin atəşkəsi pozmasını tənqid edib və deyib:
“Sionist rejim atəşkəsin başlanğıcından bəri dəfələrlə Qəzza şəhərinə hücum edib və çox sayda müsəlman və mömin insanı şəhid edib. Buna görə də atəşkəsdən sonra elan edilən yeni hücumların sərtliyi, sionist rejimin son iki il ərzində məzlum Qəzza xalqına qarşı törətdiyi cinayətlərin davamıdır.”
Ayətullah Amuli Ləricani vurğulayıb ki, sionist rejim son iki il ərzində Qəzza xalqına qarşı törətdiyi cinayətlərdə bütün insani və əxlaqi sərhədləri aşmışdır. O qeyd edib:
“Tramp bölgəyə gələrək bir növ reklam şousu keçirdi və ‘sülh libası’ geyinməklə böyük bir saxtakarlıq nümayişi göstərdi. Lakin əslində, atəşkəs sazişinin imzalanmasından bu günə qədər çox sayda Qəzzalı müsəlman şəhid edilib.”
Məsləhət Şurasının sədri Qəzzada 60 mindən çox fələstinli qadın, kişi və uşağın şəhid edilməsinə qarşı beynəlxalq sistemin səssizliyinə təəssüfünü bildirərək qeyd edib:
“Son aylarda milyonlarla Qəzza sakininin aclıq vasitəsilə əzab-əziyyətə məruz qalması, məktəblərin, xəstəxanaların və insanların evlərinin dağıdılması göstərdi ki, dünya xalqları üçün artıq sübut olunub insan haqlarını müdafiə etmək iddiası yalnız Avropa və Amerika rəsmilərinin dilində səslənən bir yalandır.”
Ayətullah Amuli Ləricani vurğulayıb ki, ABŞ və Avropanın Qəzzada sionist rejimin cinayətlərinə verdiyi dəstək sübut etdi: Qərb tərəfindən təbliğ olunan beynəlxalq sistem, əslində zorakılıq və güc üstünlüyünə əsaslanan bir sistemdir. O əlavə edib:
“Trampın ‘biz sülhü zorla həyata keçiririk’ iddiası isə sadəcə bir yalandır”
Məsləhət Şurasının sədrinin sözlərinə görə, bu gün dünyanın azad xalqları anlayıblar ki, “güc və qüdrətdə birləşmək təhlükəsizlik və müstəqilliyə nail olmağın yeganə yoludur” və artıq zülümkar dünya güclərinə etibar etmək mümkün deyil.
Ayətullah Amuli Ləricani bəzi Amerika universitetlərində Fələstin xalqına dəstək verdiklərinə görə tanınmış professorların işdən çıxarılmasını sərt tənqid edərək, bu addımı insani dəyərlərin tam tərsinə çevrilməsinin bariz nümunəsi adlandırıb.O qeyd edib:
“Avropa ölkələri və ABŞ sionist rejimin cinayətlərinə etiraz edənləri ‘yəhudi düşmənçiliyi’ bəhanəsi ilə həbs və cəzalandırırlar, halbuki İslam Peyğəmbərinə (s) və milyardlarla müsəlmanın ilahi kitabı olan Qurani-Kərimə edilən təhqirlər qarşısında susurlar.”
Məsləhət Şurasının sədri Trampın Latın Amerikasında münaqişələr yaratmasına işarə edərək qeyd edib:
“Amerika müstəqil dövlətləri qəbul edə bilmir, buna görə də xalqlara zor tətbiq edərək, amerikalı kapitalistlərin neft, mədən və müstəqil ölkələrin milli sərvətlərini talan etmək imkanını verəcək hökumətləri hakimiyyətə gətirməyə çalışır.”
Ayətullah Amuli Ləricani çıxışının başqa bir hissəsində bildirib ki, sanksiyaların güclənməsindən yaranan çətinliklərin öhdəsindən gəlmək və ABŞ-ın zorakılığını dəf etmək üçün yeganə yol, İran İslam Respublikasının güc və nüfuzunu artırmaqdır. Bu, üç hakimiyyət orqanının məsul şəxslərinin birliyi və ağıllı, mömin, dərrakəli və həmişə fəal xalqla əməkdaşlıq vasitəsilə mümkündür.
O, həmçinin Məsləhət Şurasının və Yüksək Nəzarət Komissiyasının xalqın həyat səviyyəsinin yaxşılaşdırılması və ölkənin iqtisadi maneələrinin aradan qaldırılması istiqamətində hökumətə yardım etməkdə hazır və qabaqcıl olduqlarını vurğulayıb.
Məsləhət Şurasının sədri deyib ki, düşmənlər xalqın həyat səviyyəsini hədəfə alıblar və əlavə edib:
“Hökumət, parlament və qanunverici orqan bütün qüvvələrini xalqın maddi problemlərinin həllinə yönəltməlidir.”
O, hökumətin inflyasiyanın idarə olunması və maddi problemlərin həllinə göstərdiyi səyləri yüksək qiymətləndirərək bildirib:
“Hökumət və hakimiyyət orqanlarının xalqın maddi problemlərinin həllinə göstərdiyi səylərin nəticəsi birbaşa ‘xalqın süfrəsində’ özünü göstərməlidir.”
Ayətullah Amuli Ləricani “Kalabərq” (kupon) planını dəstəklədiyini bildirərək deyib:
“Bu plan, hətta müvəqqəti və təcili tədbir kimi olsa da, bazarda sabitliyin təmin edilməsi və xalqın evlərində rahatlığın yaradılması məqsədilə həyata keçirilməlidir ki, insanlar həyat tələbatlarının bir hissəsinin hökumət tərəfindən təmin olunduğuna əmin olsunlar.”
O, çıxışını belə yekunlaşdırıb:
“Allahın köməyinə güvənərək və hökumət ilə hakimiyyət orqanlarının düzgün idarəçiliyi sayəsində, xalqın maddi problemləri və istehsalçıların çətinlikləri həll edilə bilər.”
Xəbərin sonu
Rəyiniz